Bələdiyyə haqqında
Xosrov bələdiyyəsi
12 dekabr 1999-cu ildə ölkəmizdə keçirilmiş ilk dəfə bələdiyyə seçkiləri nəticəsində Azərbaycanda formalaşdırılmış yerli özünüidarəetmə qurumlarından biri də Ağdaş rayon Xosrov bələdiyyəsidir. Xosrov bələdiyyəsinin ilk sədri Əsgərov İlham Səlim oğlu (1999-2005), ikinci sədri Məcidov Rahib Məhərrəm oğlu (2005-2013), üçüncü sədri Vəliyeva Zenfira Alı qızı (2013-2015) olub. Məlum fərmana əsasən Xosrov bələdiyyəsinə 2015-ci il seçkilərində Birinci Aral bələdiyyəsi birləşmişdir. Birləşmədən sonra yeni yaradılmış Xosrov bələdiyyəsinin sədri Kərimov Elçin Qüddəsər oğlu (2015-2025) olmuşdur.Yenidən birləşmə zamanı Xosrov bələdiyyəsi Keçmiş Şəmsabad bələdiyyəsi ilə birləşmiş və yeni yaradılmış Xosrov bələdiyyəsi olmuşdur.Hazırda Xosrov bələdiyyənin sədri Rasulov Ramil Ehtibar oğludur. Xosrov bələdiyyəsi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Həmçinin Xosrov bələdiyyəsi fəaliyyətində bələdiyyələr haqqında qəbul olunmuş Qanunları, Azərbaycan Respublikasının Konstitusiyasını, öz Nizamnaməsindən irəli gələn vəzifələri, sərəncam və fərmanları, tövsiyə və təlimatları əsas tutaraq, işini seçicilərin arzu və istəklərinə müvafiq müəyyənləşdirərək, bələdiyyə iclaslarının qərarlarına uyğun qurur və həyata keçirir.
Əlaqə və Məlumat
Bələdiyyə fəaliyyəti haqqında əlavə məlumat almaq və ya təkliflərinizi bildirmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.